
Nobel kimya mükafatı
- Nobel Kimya Mükafatı
- Nobel Fizika Mükafatı
- Nobel Tibb və Fiziologiya Mükafatı
- Nobel Ədəbiyyat Mükafatı
- Nobel Sülh Mükafatı
Adolf Hitler hökümətinin təzyiqləri nəticəsində Riçard Kuhn(kimya 1938), Adolf Butenand (kimya 1939) və Gerhard Domaq( Fiziologiya və Tibb, 1939) sahib olduqları halda Nobel Mükafatlarını alabilmədilər.
Nobel Laureatçıları sırasında bəziləri təkrar mükafatlandırılmışlar: M.Küri 1903-cü ildə fizika, 1911-ci ildə kimya, L.Paulinq 1954-cü ildə kimya, 1962-ci ilə sülh üzrə, F.Sanger 1958 və 1980-ci illərdə kimya. Linus Paulinq yeganə şəxsdir ki, iki fərqli sahə üzrə – kimya(1954) və sülh(1962) mükafatına fərdi olaraq layiq görülüb.
Ailəvi Nobel Mükafatçıları içərisində ən müvəffəqiyyətlisi Kürilərdir. Meri Küri, həyat yoldaşı,(Pierre Küri) qızı(İrene Coliot Küri ) və qızının əri(Frederik Coliot) bu mükafata layiq görülmüşlər.Əlavə olaraq Gerti və Carl Cori, Alva və Gunnar Mirdal cütlükləri də mükafatçı ailələr sırasındalar.
“Laureat” sözü latınca “laureatus” sözündən götürülüb, mənası dəfnə yarpağı ilə mükafatlandırılmış deməkdir. Yunan mifologiyasında, allah Apollon başında dəfnə yarpağı olan çələng ilə təsvir edilir. Həmçinin qədim yunanlar idman və şeir yarışlarında qaliblərə dəfnə çələngi təqdim edərək onları mükafatlandırırdılar. Qısacası bu kəlimə keçmişdə belə qaliblər üçün işlədilmiş, onları təsvir etmək üçün istifadə edilmişdir. Məhz bu səbəbdən laureat termini Nobel mükafatı alan şəxslər üçün də keçərlidir.
Mənbə : www.nobelprize.org