Kimyanın tarixi
Kimyanın bilinən tarixi Qədim Misir dövründə başlamışdır. E.Ə 2000-ci illərdə Misirlilərin kimyəvi üsullar istifadə edərək kosmetik tozlar çıxardıqları iddia edilməkdədir. Kral Hamurabi dövründə (e.ə 1792-1750) Babillər qızıl, gümüş, civə, güllə, dəmir və mis kimi metalları təyin olunmuş və bu metallara simvollar verilmişdir. Erkən Yunan fəlsəfəçilər (Sokrates əvvəli mütəfəkkirlər) təbii hadisələri fövqəltəbii olmayan səbəblərlə şərhə çalışmışlar, bunun nəticəsində də bu dövrdə əlkimya əvvəli kimya elminin təməlləri atılmışdır. Miletli Tales (e.ə 624 - e.ə 546) maddənin prinsiplərini araşdırmış və suyun kainatın təməl maddəsi olduğunu önə sürmüşdür.Bir başqa Miletli Anaksimandros (e.ə 610- e.ə 546) suyun əleyhdarı olan atəşin necə meydana gəldiyini sorğulamışdır.Empedokles (e.ə 490-430) kainatın 4 təməl element atəş, hava, su və torpaqdan meydana gəldiyini iddia etmişdir. Empedoklesin tərifinə görə torpaq bərk/qatı maddələri, su maye maddələri və metalları, hava gazları ifadə etməkdə idi. Bununla birlikdə atəşidə bir müddətdən çox maye, qaz və bərk/qatı kimi maddənin bir halı olaraq təyin etmişdir. Demokritosun müəllimi Leukippos kainatın iki növ elementdən meydana gəldiyini (boşluq və bərk/qatı) ifadə etmiş, boşluğun və qatılığın kainatdakı bütün elementləri meydana gətirdiyini ifadə etmişdir.Democritus (e.ə 460-370 ) Leukippos ilə birlikdə atomçu nəzəriyyəni inkişaf etdirmişdir.Maddələrin quruluş daşı olaraq daha kiçik parçalara ayrıla bilməyən atomlar Leucippus və Democritusun inkişaf etdirdiyi bir fəlsəfə sistemi olaraq qəbul edilməsinə baxmayaraq Platon bu atomçuluq nəzəriyyəsinə bölünə bilməzlik prinsipini əlavə etmişdir. Plato kainatı meydana gətirən 4 təməl elementin geometirik qatılardan meydana gəldiyini bu qatılarında üçbucaq səthlərdən meydana gəldiyini iddia etmişdir.Aristoteles (e.ə 384-323) elementlərin xüsusiyyətləri düşüncəsini təyin etdirmişdir. Fərqli elementlərin fərqli xüsusiyyətləri olduğunu və bunun müxtəlif dəyişənlərə bağlı olduğunu ifadə etmişdir. Bu xüsusiyyətləri dəyişdirildiyində bir elementin başqa bir elementə çevrilə biləcəyini və maddələrin dəyişmə halında olduğunu iddia etmişdir.